“Fənərbağça”nın sabiq futbolçusu 3 ilədək həbs oluna bilər
"Fənərbağça"nın sabiq futbolçusu hazırda Rusiyanın “Spartak” (Moskva) komandasında oynayan Emmanuel Emenike həbs edilə bilər.
Korner.az-ın məlumatına görə, belə bir tələblə İstanbul məhkəməsinin dövlət ittihamçısı Ufuk Ermertcan çıxış edib.
İttihamçı oyun alqı-satqısında adı hallandırılan Emenike üçün 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası tələb edib.
Səbəb kimi 2010-2011-ci il mövsümündə Superliqada “Karabükspor” – “Fənərbaxça” oyununda Emenikenin guya zədəsi olduğunu əsas gətirərək meydana bilərəkdən çıxmaması göstərilib. Həmin vaxt hücumçu “Karabükspor”da çıxış edirdi. Mövsümün sonunda isə o, “sarı lacivərdlilər”ə keçib və daha sonra sözügednən səbəblər ucbatından "Spartak"a transfer olunub.
Emenike ilə bağlı yekun qərar yaxın günlərdə veriləcək.
