Emenike Türkiyəyə qayıdır
25.12.2018 , 21:43

Nigeriya millisinin sabiq üzvü Emmanuel Emenike yenidən Türkiyədə çıxış edə bilər.
Türkiyə I Liqasında çıxış edən “Dənizlispor” 31 yaşlı hücumçunu transfer etmək istəyir. Azad agent statusu olan forvardın Dənizli təmsilçisinin rəhbərliyi ilə görüşdüyü bildirilir.
Qeyd edək ki, Emenike yayda “Olimpiakos”dan ayrıldıqdan sonra klubsuzdur. O, “Karabükspor”, “Spartak”, “Fənərbağça”, “Əl-Əyn”, “Ves Hem” kimi klublarda çıxış edib.
