Dünya çempionatında Nigeriya millisinin heyətində çıxış edən Emanuel Emenike gələcək taleyi haqqında danışıb.
Korner.az xəbər verir ki, Emenike maraqlı açıqlamalar verib: “Hələki tətildəyəm. Fikrim “Fənərbağçada”dır. Geri qayıtdıqdan sonra gələn rəsmi transfer təkliflərini dəyərləndirəcəm. Gələn mövsüm daha inamlı çıxış edəcəyimə əminəm”.
Qeyd edək ki, afrikalı ulduz keçən mövsüm 13 qolla çempionluqda pay sahibi olmuşdu.