İngiltərə Premyer Liqasında çıxış edən “Sauthempton” yeni transferlə heyətini gücləndirib.
“Qırmızı-ağlar” “Bazel”in hücumameyilli yarımmüdafiəçisi Məhəmməd Elyunussini transfer edib. Bu transfer “Sauthempton”a 20 milyon avroya başa gəlib. Məhəmmədlə 5 illik müqavilə imizalanıb.
Qeyd edək ki, Norveç millisinin üzvü olan 23 yaşlı futbolçu 2016-cı ildə 3,2 milyon avroya “Bazel”ə “Molde”dən keçmişdi. Məhəmməd ötən mövsüm “Qarabağ”da çıxış edən Tarık Elyunussinin qardaşıdır. Tarık 6 ay icarə əsasında Ağdam təmsilçisində çıxış etdikdən sonra İsveçin AİK klubuna keçmişdi.
