Elxan Məmmədov səfirlə görüşdü
08.05.2021 , 14:26
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında Bakı Olimpiya Stadionunda görüş keçirilib.
Korner.az xəbər verir ki, görüş zamanı AVRO-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Sonra Ceyms Şarp Bakı Olimpiya Stadionunda AVRO-2020-nin rəsmi maskotu “Skillzy” ilə şəkil şəkdirib.