big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Elxan Məmmədovun iflaslıq ideyaları silsiləsindən: Klublarda Müşahidə Şurası – YAZI

09.05.2016 , 12:11

Vaxtilə Avstriya-Macarıstan imperiyasının, indi isə Çexiyanın tərkibində olan Trşeşt şəhərində doğulan alman əsilli Yozef Aloiz Şumpeter deyirdi ki, uğurlu novatorluq intellektin deyil, hökmün, iradənin uğurudur. Dünya iqtisadiyyatına “kreativ dağıdıcılıq” (köhnə sistemi mərhələ-mərhələ, zamanında uyğun şəkildə dağıdaraq yeniliyi gətirmək) nəzəriyyəsini gətirən Şumpeterin bu sözləri sanki Azərbaycan futbolunun boyuna biçilib…

Hamının hörmət qoyduğu, amma heç kimin saymadığı “qarı”
…AFFA İcraiyyə Komitəsi Azərbaycan futbolunun taleyini cızan ali orqandır və ya olmalıdır. Hərçənd son illər Komitədə yer alanların futbola 101-ci iş kimi yanaşması, zaman-zaman yerində olmayan, bəzən acı təbəssüm, bəzən sözün əsl mənasında ikrah doğuran qərarlar verməsi ölkə futbolunun bugününün əcaib ştrixlərlə dolu olmasına gətirib çıxarıb. Biz bu Komitənin verdiyi qərarı bir neçə ay sonra dəyişməsini də görmüşük, bütün milli komandalara yanlış baş məşqçi seçimlərinin fəsadlarını da, “skype”-la, telefonla  keçirilən toplantılarının da. Bunlar öz yerində. Bəs Azərbaycan futbolunun ali qurumunun verdiyi qərarın klublar tərəfindən vecə alınmaması nədir, nəyin göstəricisidir? Bundan sonra AFFA İK-nın aliliyindən danışmaq boşboğazlıq olmazmı? Lap məşhur politoloqun da dediyi kimi, “BMT – hamının hörmət etdiyi, amma heç kimin vecinə almadığı qoca qarıdır”.

Axına qarşı üzmək

…14 avqust 2013-cü il. AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilir və qərara alınır: “Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilsin. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunsun. Bu strukturun formalaşması üçün AFFA tərəfindən lazımi köməklik göstərilsin və proses 2013-cü ilin sonunadək başa çatdırılsın”.
İcraiyyə Komitəsinə təqdim olunan təkliflərin “fikir babası”nın baş katib Elxan Məmmədov olduğunu yenidən xatırlatmağa ehtiyac yoxdur, məncə. Görüntü odur ki, Məmmədov illərdir Yozef Şumpeterin “kreativ dağıdıcılıq” nəzəriyyəsinin tətbiqinə çalışır, amma və lakin ideyalarının çoxu iflasa uğrayan baş katibin klublarda idarə heyətləri (müşahidə şuraları) yaratmaq fikri də iflasa uğrayıb. Əlbəttə, bu işdə bütün günahları Elxan bəyin üzərinə atmaq da doğru deyil. Onun yeganə və bəlkədə həlledici səhvi Azərbaycan reallıqlarını nəzərə almaması, bir sözlə, “boyundan yuxarı tullanması”, axına qarşı üzməsidir. 

Baş katib nə istəyirdi?

“Bu gün AFFA İcraiyyə Komitəsi varsa və əsas qərarları onlar verirsə, bu, klublarda da olmalıdır. Bir və ya iki nəfərin üzərinə bu məsuliyyəti atmaq düzgün deyil. Klublar da, təşkilatlar da kollektiv şəkildə fəaliyyət göstərməlidirlər. Böyük şirkətlərdə də bu sistem var. Müşahidə Şurası, Direktorlar Şurası fəaliyyət göstərir. “Mançester Yunayted”, “Ayaks”, “Bavariya”, “Barselona”da da Müşahidə Şurası var. Gündəlik məsələlər var. Bu barədə prezident, vitse-prezident və baş katib qərar qəbul edir. Amma vacib, qlobal məsələlər İcraiyyə Komitəsinin üzvləri və Müşahidə Şurası tərəfindən qəbul olunur. Bu, gələcəkdə azarkeş üçün zamin rolunu oynayacaq. Bu, sponsor üçün də vacibdir. Belə olanda tərəfdaş layihəyə daha ciddi yanaşacaq. Biz ona görə deyirdik ki, Müşahidə Şurasında veteran futbolçular, siyasətçilər, tanınmış insanlar olsun. Bu, sponsor baxımından da yaxşıdır”. Əslində, bu ifadələri iqrar edən Elxan Məmmədovun ideyası yaxşı idi, klubları bir nəfərə tabeçilikdən azad etmək, kollektiv idarəçiliyə keçmək, himayədarların sayını artırmaq və bir müddət sonra səhmdar cəmiyyətlərə çevirmək. Eynən Avropada tətbiq olunan sistemdir. Amma… Görəsən Məmmədov heçmi düşünmədi ki, Abdulbari Gözəl, Tale Heydərov, Mübariz Mənsimov, Cahangir Hacıyev, Nuru Əliyev illərdir əllərində saxladıqları, pul xərclədikləri, yeri gələndə onlara böyük güzəştlər qazandıran klublarına idarəçilikdən vaz keçib Müşahidə Şurası yaratmağa əsla razı olmazlar? Axı bu adamlar illərdir həm də futbolla təbliğ olunurlar. Lap tutaq ki, idarə heyətinin sədri olmaq şərti ilə razılaşdılar MŞ yaratmağa. Doğrudanmı düşünürsünüz ki, Şura üzvləri qərar qəbul etmək, sədrə etiraz etmək səlahiyyətinə sahib olacaqlar? Ciddidən, beləmi düşünürsünüz?! Elxan Məmmədov, axı illər boyu İK-da kollektiv idarəçiliyin Azərbaycan modelini görmüsünüz. Və axı bir gün qayıdıb “AFFA İcraiyyə Komitəsində idarəçilik nə gündədir ki, bizə idarəçilik öyrədir” – deyərlər adama. Və axı məşhur aforizmdə deyildiyi kimi: ətrafını dəyişmək istəyirsənsə, əvvəlcə özündən başlamalısan…

Sözəbaxan “Sumqayıt”

Yuxarıda qeyd etdik, baş katib AFFA İcraiyyə Komitəsinin qərarlarının əsas “fikir babasıdır”. Və həm də bu qərarların icrasına birbaşa məsul şəxsdir. İK-nın sözügedən iclasından sonra Məmmədovun tez-tez ortalıqda görünməsi, klublarda idarə heyətlərinin yaradılmasının zərurətindən dəm vurması nəticə verməyincə İK 2013-cü il dekabrın 18-də daha bir iclas keçirmək məcburiyyətində qaldı. Deyəsən klubların idarə heyəti yaratmaq işinə barmaqarası yanaşmasından hiddətlənmişdilər: “İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qəbul edilmiş qərarın icrasının müddəti 2 ay uzadılsın. Göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunacaq”. İdman mətbuatı arasında İK-nın bu toplantısını “AFFA klublara barmaq silkələdi” başlığı ilə təqdim edənlər də olmuşdu. Görüntü belə idi, ən azı. Axı bütün klublar Elxan Məmmədovun nəzarətində olduğu gün kimi aydın görünən “Sumqayıt” qədər sözəbaxan deyildi ki, İK-nın ilk iclasından 45 gün sonra Müşahidə Şurası yaratsın, 7 nəfərdən ibarət tərkibini müəyyənləşdirsin (İK-nın qərarında Şuranın minimum 5 nəfərdən ibarət olması qeyd edilmişdi – lap SSRİ dövründəki yağ, yun, …, pambıq planının 120-130 faizlə doldurulmasına oxşadı…), hətta sədrini seçsin…

Kara gəlməyən xox, dəyişən ton və “U” dönüşü

…Azərbaycanda verilən qərar iki halda tətbiq olunar: ya icraçı birbaşa tabeçiliyində olmalıdır, ya da zor tətbiq eləməlisən, qorxutmalısan, barmaq silkələməlisən. Amma Azərbaycan futbolundakı mənzərə elədir ki, burda nə Elxan Məmmədovun, nə də hətta Rövnəq Abdullayevin barmağının silkələnməsi hələ heç nə demək deyil. “Qarabağ”ın prezidenti Tahir Gözəlin “bizim klubda Müşahidə Şurasına ehtiyac yoxdur” sözlərini xatırlayırsınızmı? Bəs Elxan bəyin onun bu sözlərinə cavabını? “İcraiyyə Komitəsində qəbul olunan qərar şərtdir, mütləqdir. Məncə, “Qarabağ”da da Müşahidə Şurası yaradılacaq. “Qarabağ” rəsmiləri bir neçə ay əvvəl bizimlə əlaqə saxlayıb, bu işin formatını soruşublar. Ola bilər, Tahir bəy şuranın təcili olaraq yaradılmasını düşünmür. Amma planlarında bu var”. Əslində, baş katib ideyasının iflasa uğradığını başa düşdü, amma artıq gec idi. 2015-ci ilin aprelində İK-nın qərarının icra olunmasının mütləqiyyətindən danışan, “Qarabağ”da da Müşahidə Şurasının yaradılacağını deyən Elxan bəy çox yox, 5-cə ay sonra səhvini dolayısı ilə etiraf etmişdi: “Deməzdim ki, “Qarabağ”da Müşahidə Şurası yoxdur. Bu, Ağdam klubunda qeyri-rəsmi formadadır. Onların hər oyununa klub rəhbərliyindən 4-5 nəfər gəlir. Tahir Gözəl klub prezidenti kimi birbaşa "Qarabağ"ın inkişafı ilə məşğuldur. Baş məşqçi Qurban Qurbanovun klubda söz deməyə gücü var. Baş direktor Əmrah Çelikəlin də səsi var. Fevzihan Aras vitse-prezident kimi sözünü deyir. Bunlar elə Müşahidə Şurası deməkdir. Ola bilər ki, Şura kağız üzərində olmasın. Ancaq işdə görünür. Biz görürük ki, “Qarabağ”ın oyununda onların “skybox”-unda rəhbərlikdən 7-8 nəfər olur və onların da qərar qəbulunda səsləri var”. Diqqət etdinizmi tondakı dəyişikliyə? Bəs İK-nın 3 il əvvəlki qərarını hələ də icra etməyən “Qəbələ” haqda nə deyir baş katib? 2015-ci ilin sentyabrındakı açıqlamasından sitat: “Biz Müşahidə Şurasının yaradılmasını əvvəlcə tövsiyə etdik, sonra dedik ki, mütləq olmalıdır və vaxt verdik. Mütəmadi olaraq klublarla danışırıq, bildiririk ki, bu vacibdir. Bir gün istər-istəməz “Qəbələ” də bunu edəcək. Çünki bu, AFFA İcraiyyə Komitəsinin qərarıdır. Müsbət və ya mənfi nəticənin Müşahidə Şurasına aidiyyəti yoxdur. Çünki bu klublar illərlə vəsait sərf edirlər”. İndi isə baş katibin ani “U” dönüşünə baxın. 2016-cı ilin fevralında jurnalistlər Elxan bəyə sual verirlər ki, “Qəbələ” və “Qarabağ” klubları Müşahidə Şurası yaratmır. Bu Şuranı yaratmayacağı təqdirdə, klubların böyük məbləğdə cərimələnməsi və ya yeni mövsümdən Premyer Liqaya buraxılmaması gündəmə gələ bilər?” Bunadək qərarın mütləq icra edilməli olduğunu deyən Məmmədov bu cavabı ilə təslim olduğunu etiraf edir, zənnimcə: “Belə bir məsələ yoxdur. Tövsiyə xarakterli qərar var idi. Mütəmadi olaraq “Qarabağ” və “Qəbələ” ilə bunu müzakirə edirik. Görürük ki, “Qarabağ”da tövsiyəmiz nəzərə alınır. Eşidirik, bizə bildirirlər, mütəmadi olaraq, müzakirə aparırlar. Müxtəlif şirkətlərin – “Azersun”, “Azerçay”, klubun öz nümayəndələri müzakirə aparırlar. Bunun özü bir Müşahidə Şurasıdır. Söhbət ondan gedir ki, bir nəfər qərar qəbul etmir. Bu, çox vacib məsələdir. Yenə deyirəm, bu, bir tövsiyədir. İstəsələr, qəbul edərlər. Biz böyük təzyiq, sanksiya tətbiq etməyi planlaşdırmırıq. İstəyirik ki, futbola daha çox insan cəlb edək. Çünki bu, futbol üçün yaxşıdır. Şuranın hər bir üzvü oyuna gəlsə, tamaşaçı sayına da təsir edər”.
Halbuki, yuxarıda da vermişdik, AFFA İK-nın dekabrdakı qərarında qərarı icra etməyənlərə qarşı sanksiya tətbiqindən dəm vurulurdu. Bir İK-nın ki qərarını elə baş katib özü təhrif edir, onu klublar niyə qəbul etsin? Gülməyəsən, nə edəsən?..

Saleh Arslan

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top