big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Elxan Məmmədov: “Maliyyə şərtlərinə cavab verən klub Premyer Liqada oynayacaq”

04.03.2019 , 13:39

AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

-İcraiyyə Komitəsinin iclasında hansı qərarlar qəbul olundu?

– Bəzi məsələləri müzakirə etdik. Bölgələrdə futbolla bağlı danışıqlar apardıq. Qərara əsasən, Tovuzda yeni futbol akademiyası açılacaq. Maliyyə məsələsi ilə bağlı FİFA və UEFA ilə danışıqlarımız olacaq. Çalışacağıq ki, vəsaitin bir hissəsini FİFA və UEFA öhdəsinə götürsün. Bu işi yaxın zamanlarda icra etməyə çalışacağıq. Ötən il əvəzedici komandalarla bağlı qərarlar qəbul olunmuşdu, onlar birinci divizionda iştirak edirdilər. Həmin qərarla bağlı dəyişikliklər ola bilər. Əvəzedici komandalara AFFA 50 min manat maliyyə vəsaiti ödəyəcək. İmtina edənlər isə 100 min manat cərimələnəcəklər.  Qadınlardan ibarət milli komandaların baş məşqçiləri dəqiqləşdi. Buna qədər fəaliyyət göstərirdilər, bu gün isə onların namizədliyi təsqidləndi. VAR sistemi ilə bağlı danışıqlar apardıq. Bununla bağlı araşdırma aparılacaq. VAR-tətbiq edilməsi gələn mövsüm üçün mümkün deyil. VAR-ı tətbiq etmək üçün 10 aya yaxın müddət lazımdır. Araşdırma və təhlillərdən sonra texniki məsələlərlə bağlı İcraiyyə Komitəsinə məlumat veriləcək.

 

– Tovuzda akademiya açılacağından danışdınız. Tovuzdakı akademiya da Sumqayıtdakı kimi olacaq? Çünki Sumqayıtdakı akademiya uğurlu olmayıb.

– Sumqayıtda uşaq və yeniyetmə akademiyası açmamışdıq. “Turan Tovuz” klubunun nəzdində akademiya açılacaq və buna AFFA nəzarət edəcək. Həmin uşaqlar daim nəzarətdə olacaqlar. Sumqayıtda belə bir layihəmiz olmayıb. Uşaqlar peşəkar müqavilə ilə kluba məxsus olacaqlar və maliyyə gəliri kluba qalacaq. Klubun həmin uşaqları digər klublara icarəyə vermək və satmaq hüququ olacaq.

 

– Hesabatda göstərilir ki, elit-məşq layihəsinə vəsait ayrılıb. Ancaq bildiyimizə görə, ötən il Azərbaycanda elit-məşq layihəsi olmayıb. 

– Biz həcmi azaltdıq. Bu layihə müxtəlif bölgələrdə davam edir. Ona görə bu vəsait istifadə olunub.

 

– Növbəti mövsüm Premyer Liqada iştirak etmək üçün yalnız “Turan Tovuz” klubu müraciət etdi. Bu, akademiyanın yaradılması ilə bağlı ola bilərmi? 

– Müsbət təsiri ola bilər. Buna inanıram. Peşəkar Futbol Liqasının qapıları bütün klubların üzünə açıqdır. Hansı klub maliyyə şərtlərinə cavab versə, o da Premyer Liqada oynayacaq.

 

– Növbəti mövsüm Premyer Liqada komanda sayının artırılması ilə bağlı müzakirə aparıldı?

– Biz istəyirik ki, 10 komanda olsun. Lakin bizdən asılı olmayan məsələlər var. Klubların sponsoru olmalıdır. Lisenziyalaşdırma proseslərini izləyək. Görək, neçə komanda şərtlərə cavab verəcək.

 

– Gənclərdən ibarət futzal millimiz bu yaxınlarda biabırçı məğlubiyyətlə üzləşdi. Fuzal akademiyasının açılması ilə bağlı fikir varmı?

– U-19 futzal millimizin oyununda olmuşam. Bu, ilk oyun idi və uğur gözləmək olmazdı. Bəli, ola bilər ki, biz gecikmişik. Yəqin ki, biz əsas diqqətimizi əsas futzal millisinə ayırmışıq. Artıq gənclərdən ibarət futzal millimiz də var. Yenə deyirəm, ola bilər ki, biz bir neçə il gecikmişik. Ancaq indi UEFA-nın tələbləri var. Millimizin baş məşqçisi ilə gənc futzalçıların yetişdirilməsi ilə bağlı müzakirə aparmışıq.

 

– Region Liqasının əhatə dairəsi genişdir. Bu liqadan diviziona yüksələn komanda olacaq?

– Bir komanda müraciət edib. Həmin komandanın rəhbərliyi ilə yaxın günlərdə görüşəcəyik. Sevindirici haldır ki, bölgələrdə Region Liqasına böyük maraq var.

 

– AFFA-nın maliyyələşdirdiyi klublardan biri də “Kəpəz”dir.  Lakin mövsümün gedişində klubda maliyyə problemi var idi. İndi “Kəpəz”də vəziyyət necədir?

– “Kəpəz”də maliyyə problemi yoxdur. Sadəcə, əmək haqqlarına gecikmə oldu. Bu da rəhbərliyin istefası ilə bağlı idi. Növbəti mövsüm “Kəpəz”də rəhbər dəyişikliyi olacaq.

 

– Region Liqasına limit tətbiq etməyi düşünmürsünüz?

– Bu, həvəslar statuslu turnirdir. Əgər limit tətbiq etsək, həvəskar statuslu turniri peşəkar edə bilərik. İki il sonra mütəxəssislərlə məsləhətləşib qərar qəbul edə bilərik.

Son yazılar

To Top