AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.
Korner.az-ın affa.az-a istinadən məlumatına görə, UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 25-də, Moskva şəhərindəki “Oktyabr” stadionunda keçiriləcək ÇSKA (Rusiya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.
