AFFA-nın baş katibi Elxan Məmmədov Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker ilə görüşüb.
Korner.az-ın məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı (affa.az) xəbər yayıb.
Görüşdə AFFA ilə Xorvatiya Futbol Federasiyası arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi öz seçki platformasını XFF-nin prezidentinə təqdim edib.
