Elxan Məmmədov UEFA rəsmi isə ilə görüşüb
29.03.2019 , 10:33

Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar martın 27-də və 28-də UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri təşkil olunub.
AFFA-nın baş katibi Elxan Məmmədovla tərəfdaşların səfəri çərçivəsində paytaxtımıza təşrif buyuran UEFA Avropa Liqasının layihə meneceri Andreas Schar arasında görüş keçirilib. Görüşdə UAL Final Bakı-2019-un təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
