AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Portuqaliya Futbol Federasiyasının dəvəti əsasında “Football Talks 2015” konfransında iştirak edir.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA-nın prezidenti Mişel Platini, həmçinin Avropa futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri də konfransa qatılıblar.
Tədbir Portuqaliya Futbol Federasiyasının yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq keçirilir.
