"Neftçi" bu günkü oyunda qələbə qazana bilsə cavab oyunu üçün əla şans əldə edəcək. Düzdür "Zestafoni" çox güclü komandadır. Amma bu səddi aşmaq olar. Doğma meydan amilindən maksimum istifadə eləmək lazımdır. Rəqibin kimliyindən asılı olmayaraq öz oyununu qarşı tərəfə diqtə etməlisən".
Bu sözləri Korner.az-a AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev Çempionlar Liqasının I təsnifat mərhələsinin bu gün keçiriləcək “Neftçi” – “Zestafoni” matçı ilə bağlı danışarkən deyib.
Çalışdırıcı şansları da dəyərləndirib:
"Neftçi" əgər istədiyi oyunu nümayiş etdirsə yaxşı nəticə qazana bilər. Əgər məşqçilər korpusu "Zestafoni"ni yaxşı analiz edibsə bu matçda fikirmicə "Neftçi" qalib gələcək. Şansları isə 60-40 qiymətləndirərdim".
Səxavət Qurbanov
