Futbol

Elxan Məmmədov: “Müəyyən risklərin olduğunu başa düşməliyik”

01.06.2020 , 11:23

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Match TV”yə açıqlama verib.


40 yaşlı funksioner Bakının 2021-ci ilə təxirə salınan Avropa çempionatına hazırlığından danışıb:

“Hazırlıq plan üzrə gedirdi və bu, üç mərhələdən ibarət idi. Birinci planlaşdırma mərhələsidi və bura martdan əvvəl baş verənlər daxildi İkinci mərhələ həyata keçirilməsi, üçüncü isə AVRO-2020-nin başlanğıcıdı. İkinci mərhələyə daxil olanda UEFA turniri təxirə saldı. Güclü tərəfimizlərimizdən biri budu ki, stadionumuz hazırdı. 2021-ci ilin iyunu üçün Bakı Olimpiya Stadionunda böyük tədbirlər planlaşdırılmayıb. Ot örtüyünü qorumaq üçün bütün işləri görməyə hazırıq”.

Qurum rəsmisi Azərbaycan Premyer Liqasının davam etdirilməsinə də münasibət bildirib:

“Futbolçuların koronavirus testindən keçmələrinə dair təşəbbüs AFFA-dan gəldi. Bütün klublar razılaşdı. Bu, hazırlıq mərhələsidi. Çempionatın bərpa olunmasına gəlincə, başlanğıc üçün klubların məşqlərə start verməsi lazımdı. Ancaq müəyyən risklərin olduğunu başa düşməliyik. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini yerinə yetiririk”.

2021-ci ilin yayına təxirə salınan Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son yazılar

Yuxarı