AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla görüş keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə U-16, U-17, U-19 və U-21 yığma komandalarının son rəsmi və yoxlama oyunları ilə bağlı geniş müzakirə aparılıb və hesabat təqdim olunub.
Komitə üzvlərinin və texniki direktorun fikirləri səsləndikdən sonra baş katib tərəfindən gələcək işlər barədə müvafiq tapşırıq və tövsiyə verilib.
