Elxan Məmmədov hesabat verdi
24.09.2020 , 15:28

Bu gün Macarıstanın paytaxtı Budapeştdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov videobağlantı vasitəsilə iclasa qoşularaq rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə hesabat verib.
