AFFA-nın baş katibi Elxan Məmmədov bu gün London şəhərində Monteneqro Futbol Assosiasiyasının prezidenti Deyan Saviçeviçlə görüşüb.
Korner.az-ın məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı (affa.az) xəbər yayıb.
Görüşdə AFFA və MFA arasında qarşılıqlı əlaqələr müzakirə olunub, fikir mübadiləsi aparılıb. Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi ilə bağlı platformasını Deyan Saviçeviçə təqdim edib.
