Elxan Məmmədov Almaniya millisinin meneceri ilə görüşdü
02.03.2020 , 17:40

AVRO-2020-nin final mərhələsi ilə əlaqədar müxtəlif milli komandaların nümayəndələri Bakıya səfər etməkdədi.
Almaniya milli komandasının meneceri Mayk Seuren və komandanın səyahət meneceri Matias Qrimm Bakı Olimpiya Stadionuna, Tofiq Bəhramov adına Respublika stadionuna, həmçinin Bakıdakı otellərə baxış keçiriblər. Almaniyalı qonaqlar AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, AVRO-2020 barədə fikir mübadiləsi aparıblar.
Niderland milli komandasının da nümayəndələri Bakıya gəlib, Bakı Olimpiya Stadionu ilə tanış olublar. Əməliyyat qrupu tərəfindən fan zona barədə qonaqlara ətraflı məlumat verilib.
AVRO-2020-nin A qrupunda 3 oyun, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.
