Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezident oldu
28.01.2020 , 12:43

AFFA-nın bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında vitse-prezidentləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, AFFA-da yeni təsis olunan icraçı vitse-prezident postu 2007-ci ilin iyulundan burada baş katib kimi çalışan Elxan Məmmədova həvalə edilib.
Vitse-prezidentlərin sayı da 3-ə çatdırılıb. Rauf Əliyev və Elşad Nəsirovla yanaşı, Vaqif Sadıqov da bu postu tutacaq.
