“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XX turunda AZAL-a qalib gəldikləri oyunla (1:0) bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis mətbuat konfransında qələbəni qısa şərh edib:
“Oyunun ağır keçəcəyini bilirdik. Buna görə də matça ciddi hazırlaşmışdıq. Biz 3 xal üçün gəlmişdik, onu da qazandıq. AZAL-a da uğurlar arzulayıram”. (qol.az)
