Elvinsiz “Çelik” məğlub oldu
08.03.2020 , 14:35

Bosniya və Herseqovina çempionatında 22-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi “Çelik” səfərdə “Sloboda”ya məğlub olub – 1:2.
Elvin bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Çelik” 17 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
