Avstriyanın Şərq Regional Liqasında 17-ci turun oyunları keçirilib.
Azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı doğma meydanda “Noyzidl” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Futbolçularımızın hər ikisi start heyətdə meydana çıxıb və sonadək oynayıblar.
“Qarabağ” hazırda 30 xalla 17 komanda arasında 5-ci pillədə qərarlaşıb.
