Elvinin komandası aşağı dəstəyə düşdü
02.06.2020 , 16:27

Bosniya və Herseqovinada 2019/2020 futbol mövsümü vaxtından əvvəl ləğv edilib.
Korner.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Turnir cədvəlinin lideri “Sarayevo” ölkə çempionu olub. Çelik” və “Zvezda” klubları isə elitayla vidalaşıb.
“Çelik”də azərbaycanlı futbolçu Elvin Yunuszadə çıxış edir. Onun komandası 17 xalla 11-ci sırada idi.
