“Komandada yorğunluq var idi. Bu oyunda da özünü hiss etdirdi. Təbii ki, rəqib də yüksəlişdədi. “Neftçi” yeni baş məşqçidən sonra uğurlu çıxış edir. Lənkəranda da oyunlarını izlədik”
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Yunuszadə “Neftçi” ilə matçdan sonra deyib.
Futbolçu sözlərinə belə davam edib:
“Biz əd bilirdik ki, rahatlaşmaq olmaz. Hələ oyunlarımız qabaqdadı. Bu gün öz oynumuzu oynaya bilmədik. Azarkeşlərin mənə səsləndidiyi şüarlara da hörmətlə yanaşıram. Əksini gözləyirdim ki, mənə dəstək olacaqlar. “Neftçi” bu gün bəzi komponentlərdə bizi üstülədi. Arxaynçılıq deməzdim, sadəcə yorğunçuluğa görə uduzduq”