"Bizim bu matça təkcə qələbə qazanmağa deyil, həm də rəqibdən revanş almağı düşünürdük. Fikirləşirəm ki, belə böyükhesablı qələbə ilə biz işimizin öhdəsindən gəldik".
Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə deyib.
Gənc futbolçu "Sumqayıt" üzərindəki darmadağın (8:1) haqda danışarkən, daha sonra bunları deyib:
"Revanş almağı qarşımıza məqsəd qoymuşduq. O ki, qaldı hesaba, açığı mən özümdə belə hesablı qələbə gözləmirdim. İndi "Partizan"la oyun qalır. Bu matça hazırlaşmalıyıq".
