Elvin Yunuszadə “Keşlə”yə keçir
17.07.2018 , 15:45

Azərbaycan milli komandasının üzvü Elvin Yunuszadənin klubsuz günləri yaxın gələcəkdə başa çata bilər. “Qarabağ”dan ayrıldıqdan sonra hələ ki işsiz qalan oyunçu “Keşlə”nin heyətində görünə bilər.
Mərkəz müdafiəçisi dünən “Keşlə”nin məşqini meydançadan izləyib. Amma hələ ki o “Keşlə” ilə birgə məşq etməyib. Ciddi bir problem çıxmasa onunla sözləşmə imzalanacaq.
Qeyd edək ki, bir müddət öncə Elvin Yunuszadənin “Keşlə”yə keçidi gündəmə gəlmişdi. Amma Yuri Maksimov bu transferdən imtina etmişdi. (Futbol11.az)
