Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi" öz meydanında "İnter"i 2:0 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın futbolçusu Elvin Yunuszadə saytımıza verdiyi açıqlamada qələbəni şərh edib:
"Bu gün meydanda ən yaxşı tərəf biz idik və bununnəticəsidi ki, qalib gəldik. İstədiyimiz liderliyi yenidən ələ keçirmək idi və buna da, nail olduq. Çempionluqdan danışmaq hələ tezdi. Ancaq düşünürəm ki, bu tepmdə davam etsək, bizim qarşımızı heç kim ala bilməyəcək".
