"Neftçi"nin futbolçusu Elvin Yunuszadənin Korner.az saytına müsahibəsi
-Topaz Premyer Liqasının XIV turu çərçivəsində "Bakı"nı məğlub etdiniz Başlayaq elə bu oyundan…
Yaxşı oynadıq və qələbə qazandıq. Düşünürəm ki, vacib oyunlarımızdan biri idi. Sevindirici haldır ki, qələbələrimizi sıralayırıq.
-"Bakı" – "Neftçi" matçının baş hakimi Elçin Məmmədovun qərarları haqqında nə deyə bilərsən?
Bu bizim "Bakı" ilə ilk matçımız deyildi. İndiyə qədər oynadığımız oyunların çoxsundan da biz qalib ayrılmışıq. Bu dəfə də, qalib gəldik.
– "Bakı" tərəfi hakimin onları sıxdığını, "Neftçi" lehinə qərarlar verdiyini açıqlayırlar.
Əgər "Bakı" məğlub olubsa, bəhanəsi də olmalıdır. Amma, bu barədə mənə danışmağa söz düşmür. Hakim işlərinə nəzarət edən insanlar var.
-Səncə "Neftçi" layiqli qələbə qazandı?
Biz oyun boyu da üstün olan tərəf idik. Biz həm də yaxşı oyun göstərib qalib olmuşuq. Ona görə də, qələbəyə layiq idik.
-Sabah Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində "Tərəqqi" komandası ilə üz-üzə gələcəksiniz. Səncə asan qələbə qazana biləcəksiniz?
Biz meydana çxanda rəqibin yox, öz oyunumuza fikir veririk. "Tərəqqi" ilə oyuna da həmişəki kimi hazırlaşmışıq. Mənə elə gəlir ki, futolda güclü-zəif anlayışı yoxdur. Bu futboldur hər an, hər şey ola bilər. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Bu sonradan pis fəsat verə bilər. Çünki, belə bir şey bir dəfə başımıza gəlib. Bu artıq bizə dərs oldu ki, artıq heç kimə zəif gözü ilə baxmaq olmaz. Amma, sürprizə imkan verməyəcəyik.
