big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Müsahibə

Elvin Camalov: “Qəbələ” mənim üçün doğma komandadı”

28.09.2019 , 23:55

Uzun müddət “Qəbələ”də çıxış etmiş, bu yay “Zirə”yə transfer olan Elvin Camalov korner.az saytına müsahibə verib.

Futbolçu transferi ilə bağlı danışıb.

– Yayda əsas heyətin əksər üzvləri “Qəbələ”ni tərk etdi. Sən də “Zirə”yə üz tutdun. Keçidin necə alındı? Yeni komandana uyğunlaşa bilmisən?
– Mən, artıq 10 il idi ki, “Qəbələ”də çıxış edirdim. “Qəbələ” mənim ailəmdi. Orda olan hər kəsə minnətdarlığımı bildirirəm. “Qəbələ” ilə Azərbaycan Kubokunu qazanmışdıq. Bunun üçün də çox şadam. “Qəbələ”dən ayrıldım, çünki karyeramda dəyişiklik etmək qərarına gəldim. Özümü başqa komandada sınamaq istəyirdim və “Zirə”ni seçdim. Burda da yaxşı kollektivimiz var. Keçidim öz qərarımdı. “Zirə”nin yeni uğurları üçün çalışacam. Özümü bu komandada yaxşı tərəfdən göstərib, milli komandaya dəvət almaq istəyirəm. Millinin şərəfini qorumaq hər bir futbolçunun arzusu olduğu kimi mənim də arzumdu.

– Uzun müddət “Qəbələ”də birgə oynadığın Cavid Hüseynov da burdadı. Bu, oyununa müsbət təsir edirmi?
– Cavid Hüseynov, həm yaxşı insan həm də təcrübəli futbolçudu. Deyərdim ki, Cavidlə bir yerdə oynayanda onun nə istədiyini anlayıram, başa düşürəm. Əlbəttə, təcrübəli futbolçular ilə eyni meydanda olmaq çox müsbət təsir edir. Gərək belə futbolçulardan nəsə görüb-götürəsən..

– “Qarabağ” 6 turdan sonra maksimum xalla liderdi. Çoxları onları artıq çempion hesab edir. Bu isə həm də rəqabətsizlikdən xəbər verir. Çempionatın səviyyəsi səni qane edir?
– “Qarabağ” həm Azərbaycan çempionatında həm də Avropa Liqasında öz sözünü deyən komandadır. Hal-hazırda da liderdir. Amma çempionat yeni başlayıb, futboldu hər şey ola bilər. Biz hər oyuna maksimum hazırlaşıb, qələbə üçün çıxırıq. Çempionatın sonunda üst sıralarda olmaq istəyirik. Düşünürəm ki, hələ çempionluq barədə nəsə demək tezdi. Qarşıda çox oyunlar var və hər şey ola bilər.

– Bu tur sizinlə eyni xala malik “Keşlə”nin qonağı olacaqsız. Bu matç barədə nə düşünürsən?
– Artıq oyuna 1 gün qalıb. “Qarabağ”la matçdan sonra “Keşlə” ilə oyunun hazırlıqlarına başlamışıq. Qələbə qazanıb, xalımızı artırmaq istəyirik.

-VII tur “Qəbələ” ilə görüşəcəksiz. Doğma komandana qarşı oynamaq sənin üçün necə hiss olacaq?
– “Qəbələ” mənim üçün doğma komandadı. Hər zaman da belə qalacaq. “Qəbələ”nin bütün oyunlarını izləyirəm. Amma hal-hazırda “Zirə”də çıxış edirəm. Hansı rəqib olmağından asılı olmayaraq komandamın şərəfini qorumalı, formamın haqqını verməliyəm.

Mina Musayeva
Korner.az

Son yazılar

To Top