Ölkə futbolu

Elvin Camalov hamını qabaqladı

21.03.2020 , 19:17

Azərbaycan Premyer Liqasında yaranan fasiləyə qədər “Zirə”nin heyətində 28 futbolçu çıxış edib.

Korner.az xəbər verir ki, Elvin Camalov hamıdan çox – 18 matça çıxıb. Alvaro Ampuero və Cavid Hüseynov isə 16 oyunda iştirak edib.

Bu 28 futbolçudan 13-cü yerli, 15-i legioner statusuna malikdir. 25 qol vuran komandanın heyətində 12 oyunçu fərqlənib. Nicat Süleymanov və Xulio Sezar Rodrigez daha çox – hərəyə 4 qol vurub. Ağabala Ramazanovla Riçard Qadze isə rəqib qapılarına 3 dəfə yol tapıb.

Son yazılar

Yuxarı