Elvin Bədəlov daha 1 il “Sumqayıt”da
16.07.2020 , 22:06

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə müddətini artırıb.
Korner.az xəbər verir ki, Elvin Bədəlov növbəti mövsümdə də “gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək. Məlumatı klubun mətbuat xidməti yayıb.
2019-cu ildən “Sumqayıt”da çıxış edən qoşulan Elvin Bədəlov ümumilikdə 20 oyun keçirib. 1343 dəqiqə meydanda olan mərkəz müdafiəçisi 1 məhsuldar ötürmə ilə də yadda qalıb.
“Sumqayıt” daha əvvəl qapıçı Mehdi Cənnətovla yeni müqavilə imzalayıb.
