Elşad Əhmədov: “İlk hissədəki oyunundan razı qalmadım”
02.03.2019 , 20:50

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Neftçi”yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
48 yaşlı mütəxəssis öncə oyunlar bağlı danışıb:
– “Neftçi” ardıcıl iki oyundu xal itirirdi. Aqressiv olacaqlarını bilirdik. Gözlədiyimiz oyunun şahidi olduq. “Neftçi” bizdən üstün oynayırdı. Komandamın ilk hissədəki oyunundan razı qalmadım. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm.
– Təmkin Xəlilzadəni erkən əvəzlədiniz. Bu, zəif oyuna görə idi?
– Təmkinin tempraturu var idi. Oyuna 38 dərəcə tempraturla çıxmışdı. Əvəz etməyim bununla bağlı idi.
– Cavid İmamverdiyevin ehtiyatda olmasına səbəb nə idi?
– Cavid zədədən əziyyət çəkirdi. İki gündü komanda ilə birgə məşq edirdi. Ona görə bu gün risk etmək istəmədik.
