Elşad Əhmədov: “Hər iki komanda qələbə qazana bilərdi”
19.08.2019 , 22:16

Azərbaycan Premyer Liqasında I turun “Neftçi” – “Sabah” (1:1) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi…
– İlk oyun idi. Həqiqətən çətin oldu. Komandada həyəcan var idi. Rəqibin “Neftçi” olması da təsir etdi. Hər iki komanda qələbə qazana bilərdi. Heç-heçə ədalətli nəticədi. Hər iki komandanın qol imkanları oldu.
– Cavid İmamverdiyevin ötürmələrinin çoxu qeyri-dəqiq oldu. Fərdi hazırlığı istənilən səviyyədə deyil?
– Hazırlıq normal keçib. Bəlkə də, həyəcan ona təsir edib. Komandada yeni futbolçular var. Uyğunlaşmaqda bəlkə də bir az problem oldu. O, ayağı top tutan futbolçularımızdandı.
– Qol vəziyyətlərində komandanız daha üstün idi, iki dirək vurduz. Bu baxımdan çatışmazlıqları bildizmi?
– Bilirəm. Bunların üzərində işləyəcəyik.
– Bu mövsüm üçün əsas hədəf nədi və heyət yetərlidimi?
– Avrokuboka vəsiqə qazanmaq istəyirik. Bu heyətlə inanıram ki, bacararıq. 3-cü yeri tutmaq və ya kuboku qazanmaq istəyərik.
