Elşad Əhmədov: “Eyforiyaya qapıldıqlarına inanmıram”
19.08.2018 , 23:06

Bu gün Topaz Premyer Liqasında ikinci tura yekun vurulub
Tur çərçivəsində “Sabah” və “Sumqayıt” komandaları üz-üzə gəlib. İlk qol “Sabah”ın hesabına yazılsa da, “Sumqayıt” 4 qol ilə qalib gəlib.
Oyundan sonra jurnalistlərin suallarını cavablandıran Elşad Əhmədov bildirib ki, məşqdə edilənlər oyunda təkrar edilməyib: “Oyuna zəif başladıq. Bilirdim ki, “Sumqayıt” güclü komandadır, bu gün bunun şahidi olduq. Müdafiədə çox boşluqlar buraxdıq. Çatışmayan cəhətlər üzərində işləməliyik. Rəqibin təzyiqi güclü idi deyə qısa ötürmələrlə də irəli çıxa bilmirdik. İnanmıram ki, ilk turdakı qələbə futbolçularımın eyforiyaya qapılmasına səbəb olub. Zəif oynadıq və bu məğlubiyyət hamımıza pis təsir etdi.
Qeyd edək ki, “Sabah” Premyer liqa cədvəlində 3 xalla 5-cidir.
