Topaz Premyer Liqasının XII turunun son oyun günündə bir matç keçirilib. “Qəbələ” “Neftçi”nin qonağı olub. Oyun qonaqların 3:2 hesablı qalibiyyəti ilə başa çatdı.
Matçdan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov matç haqda danışıb:
“Maraqlı oyun alındı. Sürətli matç izlədik. Təssüf ki, məğlub olduq. Bu da futbolun qanunudur. Məni narahat edən məsələ komandanın tam hazır olmamasıdır. Bilirdim ki, hardasa sıxıntılar olacaq. Təməl düzgün deyil deyə bunun acısını yaşayıram. Hər ikioyunda yaxşı oynayırıq, amma uduzurq. Futbolçulara deyiləcək söz yoxdu sadəcə təşəkkür düşür. Rəqibin yaxşı oyunçuları var”
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Təməl dedikdə yəqin ki, futbolçuları nəzərdə tutursunuz…
– Təməl dedikdə çox şeyi nəzərdə tuturam. Funksionallıq tam deyil. 4 qələbədən sonra bilirdim ki, komanda əvvəlki kimi məğlubiyyətlərə qayıdacaq. Bu amil ilk növbətə futbolçuların da səviyyə baxımından bir az axsaması ilə bağlıdır. Oyunçularım oynayırlar, amma hazırıq dövründə daha səviyyəli oyunçular cəlb olunmalıdı. Bizdə hazırda belə oyunçu yoxdur. Kimin gələcəyinə gəldikdə, Azərbaycanda elə futbolçu yoxdu ki, biz komandaya cəlb edək. İstisnalar təbii ki var.
– Nizami Hacıyevlə danışıqlar aparırsınızmı?
– Nizami Hacıyev mətbuata açıqlama veribsə, hər hada doğru deyib. Onunla danışıqlar aparmışıq. Alınıb alınmamasını zaman göstərəcək. Yerli futbolçular planlarımızda yoxdu. Aşağı yaş qruplarında da elə futbolçu yoxdu.
– “Zirə” və “Qəbələ” kimi komandalara qarşı açıq futbol oynadınız. Sizcə, probleminiz açıq futboldadır?
– Müdafiə futbolunu həmişə oynamaq olmur. Çalışıram ki, hücum futbolu oynayım. Müdafiə olunduqda da, məğlub oluruq, hücum edəndə də. Əgər belədirsə, hər halda futbolun gözəlliyi ilə – hücum futbolu ilə uduzaq. Mənim strategiyamda hazırda gözəl futbol oynamaqdır. Qalib gəlmək isə futbolçulardan aslıdır. Onlar qərarları sərbəst verirlər. Düzgün qərarlar verməlidirlər. Sırf açıq futbolunda da tərəfdarı deyiləm. Üçüncü qolda da əks hücumdan oldu. Mənim düşüncəm odur ki, gözəl olan hücum futboludur.
– Elnur Cəfərov sizinlə görüşəndə sizə nə dedi?
– Elnuru mətbuatda yazılanlara görə öldürüb basdırmalıyıq. Mənə dedi ki, birinci səhvimdə etiraf edirəm və üzr stəyirəm, ancaq ikinc məsələdə haqlıyam. Ancaq buna baxmayaraq mən onu komandadan uzaqlaşdırdım. Milli komanda hamı üçün məsuliyyətdir. Or hansı klubdan getdiyini də bilməlisən. “Neftçi” klubu vaxt var idi, Azərbaycanın yığma komandası olub. “Neftçi”nin böyük tarixi var. Əslində 1911-ci ildən fəaliyyət göstərir. Buna görə də, bu adı milli komandada şərəflə qorumaq lazımdır. Biz onu zədəyə görə yox, sırf bu məsləyə görə uzaqlaşdırdıq. Elnuru komandadan qovmaq asandır, ancaq mən istəyirəm o nu doğru yola çəkib. Bir insan kimi həyatda püxtələşsin. Futbol bir oyundu, ancaq həyat frqlidi. Elbura dəstək olmalıyıq. Doğru yola yönləndirməliyik. 99% Elnur Cəfərov komandadan gedəcək.
