Azərbaycanın hazırda ən perspektivli futbolçularından biri Elnur Cəfərov “Qarabağ”a transfer olmağa çox yaxın idi.
Korner.az xəbər verir ki, bu transfer baş tutmayıb. Maraqlıdır ki, imtinanın səbəbkarı “Xəzər Lənkəran” yox, məhz futbolçu özü olub.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və Elnur Cəfərov özü “Xəzər TV”yə açıqlamalarında məsələyə aydınlıq gətiriblər.
