Futbol üzrə Xorvatiya ikinci liqasında mövsümün sonuncu – 22-ci turunun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi “Duqopolye” səfərdə “İmotski” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1 – 2 hesablı məğlubiyyətlə ayrılıb.
Elnur bu matçın 60-cı dəqiqəsində meydana çıxıb, 79-cu dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Duqopolye” mövsümü 22 oyuna topladığı 31 xalla 12 klub arasında 7-ci pillədə tamamlayıb.
(sportal.az)
