“Komandamız toplanış müddəti ərzində yaxşı hazırlaşdı, bu prosesə ciddi yanaşıldı. Biz bilirdik ki, işimiz çətindir: həm ilk “altılığ”a düşmək üçün üzümüzə gələn dörd oyunda qələbə qazanmalıyıq, həm çempionluq uğrunda mübarizəni layiqincə aparmalıyıq. Ona görə də məsuliyətlə çalışırdıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev komandasının qış hazırlığını yekununu şərh edərkən deyib. Klubun rəsmi saytına açıqlamasında o bildirib ki, futbolçular hazıqlır prosesində əlindən gələni edib.
“Allah eləməsin, biz uğursuz nəticə göstərsək, bu nə komandaya, nə də futbolçu kimi bizə yaraşar. Ona görə çox ciddi çalışdıq, məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. İnşallah, onun bəhrəsini çempionatda görəcəyik. Mən komanda yoldaşlarımın hamısına inanıram”.