Elnur Allahverdiyev futbolçu karyerasını bitirmək istəyir.
Korner.az-ın məlumatına görə, buna səbəb “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın Elnuru komandadan kənarlaşdırmasıdır.
Allahverdiyev bu xəbəri İsraildə, milli komanda ilə birlikdə olarkən eşidib və pis olub. Elnur, qarşılaşmadan sonra komanda yoldaşlarına futboldan uzaqlaşacağını deyib. Qərarını isə Azərbaycana qayıtdıqdan sonra açıqlayacaq.
