Elnur Əşrəfoğlu digər bir kanalın idman şöbəsinə rəhbər qoyulacaq. Korner.az SportMedia.az-a istinadən xəbər verir ki, Elnur Əşrəfoğlu "Neftçi"dən və "Space" telekanalından kənarlaşdırıldıqdan sonra, özünə yeni iş yeri tapıb. Belə ki, tanınmış idman jurnalisti ATV-nin idman şöbəsinə rəhbər təyin olunacaq. Artıq bu yöndə danışıqlar aparılıb və razılıq alınıb. Etibarlı mənbəmizin verdiyi xəbərdə o da bildirilir ki, Elnurun bu vəzifəyə gətirilməsi üçün AZTV-də birlikdə çalışdığı tanınmış jurnalit Qulu Məhərrəmlinin rolu böyükdür. Q.Məhərrəmlinin ATV-nin yeni prezidenti Vüqar Qaradağlıya keçmişdən dost münasibətləri var. Qulu bəy Elnurun bu vəzifəyə gətirilməsi üçün köhnə dostu, ATV-nin yeni prezideti Vüqar Qaradağlıdan xahiş edib.
Xatırladaq ki, Elnur Əşrəfoğlu Qulu Məhərrəmliylə AZTV-nin keçmiş "Səhər" redaksiyasında birlikdə çalışıb
