Bu gün idman jurnalistikasında daim öz sözünü demiş, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, “Olimpiya” İnformasiya Agentliyi və Olimpiya.az portalının rəhbəri Elnur Əşrəfoğlunun ad günüdür. Müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə (İsrail-Azərbaycan.1995-ci il) məhz Elnur Əşrəfoğlu düşüb.
İki il dalbadal “Neftçi” futbol klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri kimi Azərbaycan çempionluğu sevincini yaşayan Elnur Əşrəfoğlu Premyer Liqanın qızıl medallarına sahib olub.
Korner.az saytının kollektivi dəyərli jurnalistimizi səmimi qəlbdən təbrik edir, ona həyatında və işlərində uğurlar arzulayır.