“AFFA İntizam Komitəsinin haqqımda çıxardığı qərara hörmətlə yanaşıram”.
Korner.az xəbər verir ki, bunu Futbolxeber.az saytına verdiyi açıqlamada “Neftçi”də prezidentin müşaviri postunu tutan Elnur Əşrəfoğlu deyib.
AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalanan klub rəsmisi, qərarın birtərəfli şəkildə qəbul edildiyini vurğulayıb: “Məncə, məsələ düzgün araşdırılmayıb. Qərarı qəbul edərkən qarşı tərəfin də fikrini öyrənmək lazım idi. Ən ağır cəza mənə verilib. Halbuki nisbətən yüngül cəza da vermək olardı. Məsələn, 3, 5 oyunluq, ya da pul cəzası. Həm də qərarı qəbul etməmişdən öncə Elnur Əşrəfoğlunun Azərbaycan idmanının inkişafındakı xidmətləri nəzərə alınmalıydı. Qərara etiraz edəcəyəm. Tezliklə Apellyasiya və Ekspert Komitəsinə müraciət ünvanlayacağam”.
