Elneni “Beşiktaş”dan getdi
21.08.2020 , 17:44
“Beşiktaş” yarımmüdafiəçisi Məhəmməd Elneni ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, İstanbul klubu ötən mövsüm London “Arsenal”ından icarəyə götürdüyü 28 yaşlı misirli ilə yeni müqavilə imzalamayıb.
Futbolçu sosial şəbəkə hesabında komanda yoldaşları və azarkeşlərlə vidalaşıb.