"Qəbələ" klubunun əlcək sahibi Elnar Kərimov karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 29 yaşlı qapıçı Türkiyənin aşağı liqa təmsilçilərindən olan "Serhat Adanaspor"a transfer olub. Danışıqları Azərbaycanda aparan menecerlər Mehmet Kayrim və Adəm Tərzioğlu arasında razılıq əldə olunub və Elnar müqaviləyə qol çəkib.