Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatında növbəti yarış günüdür.
Korner.az-ın məlumatına əsasən, bu gün daha bir qadın idmançımız Elnarə Abbasova körpücük üzərinə çıxıb. O, 58 kq çəki dərəcəsində mübarizə aparıb.
Elnarə birdən qaldırma hərəkətində ilk sifariş verdiyi 73 kq-ı iki cəhddə ram etdi. Sonra 77 kq-lıq ştanqın da öhdəsindən gələn gənc atletimiz bu hərəkətdə 8-ci olub.
Abbasova təkanla qaldırma hərəkətinə 100 kq-ı başı üzərinə qaldırmaqla start verib. Növbəti iki cəhddə 105 kq-ı qaldıra bilməyən idmançı bu hərəkətdə 5-ci yeri tutub.
Toplamda 177 kq (77+100) nəticə göstərən Elnarə Abbasova Avropa çempionatında 7-ci pillədə qərarlaşıb.
