Elmar Baxşıyev: “Müəyyən çatışmazlıq var”
25.01.2020 , 23:53

“Qəbələ”nin baş məşqçisis Elmar Baxşıyev Antalya toplanışı çərçivəsində Rumıniyanın “Konkordiya” klubu ilə yoxlama matçından (2:2) sonra klubun saytına açıqlama verib.
Korner.az xəbər verir ki, mütəxəssis oyunu belə şərh edib:
“Təlim-məşq toplanışı ümumilikdə planlaşdırdığımız kimi keçdi. Nəzərdə tutulduğu kimi hazırlıq prosesində 4 yoxlama oyununda qüvvəmizi sınadıq. Sevindirici odu ki, bu matçlarda bütün oyunçulara şans verdik. Hər futbolçu şans qazanaraq oyun ritminə qoşuldu. Qarşıda bizi çempionatda marafon gözləyir. Gündən-günə komandanın daha keyfiyyətli olduğunu məşqlərdə hiss edirik. Bu matçda da bunun şahidi olduq. Görüşdə müsbət məqamlar çox idi. Müəyyən çatışmazlıq da var. Onu da yaxın gələcəkdə aradan qaldıracağıq. İndidən bütün fikrimizin 15-ci turun “Keşlə”yə qarşı oyunu ilə bağlı olduğunu demək olmaz. Toplanışı planlaşdırdığımız kimi başa vurmaq istəyirdik. Komanda bunun öhdəsindən gəldi. Məşqlərdə və oyunlarda istədiyimizi onlardan ala bildik”.
