Elmar Baxşıyev: “Komanda şəklində zəif oynadıq”
24.11.2019 , 19:24

Azərbaycan Premyer Liqasında XII turun “Neftçi” – “Qəbələ” oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.
Korner.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
Heftəlik proqramda “Neftçi”yə qarşı fərqli hazırıaşmışdıq. İstəyimiz “Neftçi”ni əks hücumda yaxalamaq idi. Amma bunu heyata keçirə bilmədik. Komanda arasında səviyyə hiss olunurdu.
– Stabilliyin qoruna bilməməsinin səbəbi nə idi?
– Cavan komanda olduğumuz üçün çətinlik çəkdik. “Neftçi” bəzi koponentlərdə bizdən üstün idi.
– Böyükhesablı məğlubiyyətin səbəbi nə idi?
– Komanda şəklində zəif oynadıq.
Mina Musayeva
