Elmar Baxşıyev istefa verdi – Rəsmi
24.02.2024 , 13:39

Korner.az xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.
2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komandamız onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında Azərbaycan kubokunun 2022-2023-cü illər mövsümünün qalibi olub.
“Qəbələ” İdman Klubu Elmar Baxşıyevə komandamızdakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.
