Ölkə futbolu

Elmar Baxşıyev: “Hər iki oyunçumuz cəzalanacaq”

08.12.2019 , 18:52

Azərbaycan Premyer Liqasında XIV turun “Sumqayıt” – “Qəbələ” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb

Korner.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildiriib.

– Planlaşdırdığımız kimi oldu. Çətin oyun gözlədiyini bilirdik. “Sumqayıt” öz meydanında yaxşı oyun sərgiləyir. İlk dövrənin son matçı idi, uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım, ancaq komandamı təbrik edirəm.

– Hakimlik haqda nə deyə bilərsiz?
– Hakimlik heç nə yox idi. 2 qırmızı vərəqə də bizim oyunçulara görə oldu. Bizim işimiz hakimlərə müdaxilə etmək deyil. Hər iki oyunçumuz kodeksə uyğun cəzalanacaq. Onların cəzasını özümüz verəcəyik.

– Qış fasiləsində komandanı gücləndirmək fikriniz var?
– Hələ danışmamışıq bu haqda.

– Anar Nəzirov təcrübəli olsa da, əsəblərini cilovlaya bilmədi. Onu hansı cəza gözləyir?
– Epizodu emosiya ilə əlaqələndirirəm. Özünü saxlaya bilmədi, cavab qaytardı. Kodeksə uyğun cəzalanacaq.

– Legionerlərinizin adı başqa klublarla hallanır. Bu haqda açıqlaça verərdiz.
– Futbolçularımıza marağın olması, bizi sevindirir. Müqaviləsi bitən futbolçuların sözləşməsinə yenidən baxılacaq. Oyunçuları komandada saxlamaq istəyirik.

– “Qəbələ”nin vəziyyəti haqda söz-söhbətlər gəzir. Bu, komandaya necə təsir edir?
– Təsiri var, inkar etmək olçaz. Çalışırıq ki, komanda olaraq gələcəyə müsbət baxaq. İnanıram ki, bu klub yaşayacaq və daha yaxşı olacaq.

Son yazılar

Yuxarı