Elmar Baxşıyev: “Büdcəyə uyğun addımlar atılacaq”
19.12.2019 , 20:43

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sabah”ı məğlub edən (3:2) “Qəbələ”nin məşqçisi Elmar Baxşıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşü şərh edib:
– İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbəni gətirmək istəyirdik. Komandanı sırf qələbəyə kökləyirdik. İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik.
– Premyer Liqada fasilənin olmasına üzülmürsüz? Komanda yenicə forma yığmışdı.
– Xeyr. Təəssüflənməyə dəyməz. Vaxtımız olacaq, əsas odur ki, komanda istədiyimizi edir.
– Konkret neçə futbolçu transferi gözlənilir və gedənlər olacaqmı?
– Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. 2 mövqeyi gücləndirmək istəyərdik.
– Baş məşqçi kimi debütünüz uğurlu oldu.
– Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidi. Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi.
– Bəhlul Mustafazadənin qol vurmasına sevindiz?
– Bəhlula görə yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldı. İstədiyimiz də odu ki, matçın 60-70 faizini hücumda keçirək.
