Elmar Baxşıyev: “Ağır oyun oldu”
16.02.2025 , 18:25

Misli Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, mütəxəssis oyunu belə şərh edib:
“Ağır oyun alındı. Hər iki komanda meydanda mübarizə apardı. Futbolçular verdiyimiz tapşırıqları bizə qaytarmağa çalışdı. Bura hazırlıqlı gəlmişdik. Komanda şəklində futbolçularımız yaxşı iş ortaya qoymağa çalışdı. Yolumuza davam edəcəyik. Məğlub olsaq da, irəli baxmalıyıq.
Qırmızı vərəqə? Epizoda təkrar da baxdıq, orada heç sarı vərəqəlik kobudluq da yox idi. Ötən tur “Kəpəz”lə oyunda da Ülviyə qarşı aşkar qayda pozuntusu oldu, ancaq penaltı təyin olunmadı və VAR-dan xəbər gəlmir. Bu dəfə də qırmızı vərəqə…
Möhkəm komandamız var. Bu cür addımla bizi yolumuzdan döndərmək mümkün olmayacaq. Sona qədər mübarizəmizi davam etdirəcəyik”.
